Ermənistan 3 nazirliyin adını dəyişdirdi

Kateqoriya məlum deyil
T
Ermənistan parlamenti üç nazirliyin adının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə parlament sədrinin müavini Ruben Rubinyan məlumat verib.
“Hökumətin strukturu və fəaliyyəti haqqında" qanuna və əlaqəli qanunvericiliyə edilən dəyişikliklərin lehinə 64, əleyhinə isə 26 deputat səs verib”, - Rubinyan bildirib.
Beləliklə, Xarici İşlər Nazirliyinin adı Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi, Əmək və Sosial İşlər Nazirliyinin adı Əmək və Rifah Nazirliyi, Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin adı isə Yüksək Texnologiyalar Sənayesi və Süni İntellekt Nazirliyi olaraq dəyişdirildi.






