Ermənistanda payız çevrilişi ssenarisi gündəmə gətirildi

Ermənistanda payız çevrilişi ssenarisi gündəmə gətirildi
Kateqoriya məlum deyil
T

Ermənistanda payız aylarında mümkün siyasi qarşıdurma və hakimiyyət dəyişikliyi ilə bağlı yeni iddialar ortaya atılır. Yerli siyasi icmalçı Akop Badalyan hesab edir ki, hakimiyyətə yaxın qərbyönlü dairələrin mümkün “çevriliş”, “inqilab” və ya “ikihakimiyyətlilik” ssenarilərini əvvəlcədən Rusiya ilə əlaqələndirməsi təsadüfi olmaya bilər.

Sfera.az xəbər verir ki, Badalyan son vaxtlar Ermənistanın hakimiyyətə yaxın qərbyönlü çevrələrində Moskvanın payız üçün müəyyən planlar hazırladığı barədə fikirlərin dövriyyəyə buraxıldığına diqqət çəkib.

Onun sözlərinə görə, Rusiyanın Ermənistanda “çevriliş”, “inqilab” və yaxud “ikihakimiyyətlilik” yaratmağa və ya təhrik etməyə hazırlaşdığı barədə iddialar getdikcə daha çox səsləndirilir.

Badalyan bunun koordinasiyalı informasiya kampaniyası olub-olmadığını qəti şəkildə söyləməsə də, belə bir tendensiyanın əlamətlərini gördüyünü bildirib. Siyasi icmalçı ehtimal edir ki, bu ritorika gələcəkdə Ermənistanda baş verə biləcək hansısa hadisəyə görə məsuliyyəti əvvəlcədən Rusiyanın üzərinə qoymaq məqsədi daşıya bilər.

“Əgər bu fikir ardıcıl və koordinasiyalı şəkildə irəli sürülürsə, yaxud cəmiyyətə təlqin edilirsə, deməli, hansısa “əks tərəfdən” Ermənistanla bağlı müəyyən addım hazırlana bilər və bunun məsuliyyəti məhz Rusiyanın üzərinə qoyulacaq”, – deyə Badalyan yazıb.

O, bunun hələ sistemli tendensiya olduğunu iddia etmədiyini, lakin artıq müəyyən “efir kampaniyası” müşahidə etdiyini vurğulayıb.

Badalyanın iddiasına görə, mümkün hadisə sonradan Rusiyanın Ermənistanın müstəqilliyə can atmasına görə “cəzası” kimi təqdim edilə bilər./musavat

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR