Serj Sərkisyanın ölkədən çıxışı qadağan edildi

Kateqoriya məlum deyil
T
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan barəsində ölkəni tərk etməmək qətimkan tədbiri tətbiq edilib.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Xatırladaq ki, Serj Sərkisyan Ermənistanın ikinci prezidenti Robert Köçəryan barəsində açılmış cinayət işi üzrə təqsirləndirilir. Köçəryanın prezidentliyi dövründə Sərkisyan Ermənistanın müdafiə naziri vəzifəsini tutub.
Ermənistan Baş Prokurorluğu dünən Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları ilə cinayət işi açıb.






