Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi

Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
Kateqoriya məlum deyil
T

Rusiya prezidenti Vladimir Putinin Qərbə qarşı planları ilə bağlı yeni iddia ortaya atılıb.

Sfera.az xəbər verir ki, “The New York Times”ın məlumatına görə, Putin 2025-ci ilin dekabrında keçirdiyi gizli müşavirədə Rusiya xüsusi xidmət orqanları və hərbçilərinə 2026-cı il üçün NATO və Avropa İttifaqını (Aİ) içəridən dağıtmağı tapşırıb.

Bildirilib ki, Kremlin qarşısında duran əsas hədəflər sırasında Ukraynanın ələ keçirilməsi və sonra Moldovaya nəzarətin qurulmasıdır.

Qeyd edək ki, Moldova nə NATO, nə də Aİ üzvü olsa da, ölkənin yerləşdiyi ərazi strateji əhəmiyyət daşıyır. Moldova NATO və Aİ üzvü olan Rumıniya ilə Ukrayna arasında yerləşir.

İddialara görə, Kreml Moldovanı Ukraynaya və ya Qərbə qarşı gələcək mümkün hərbi əməliyyatlar üçün əlverişli platforma kimi nəzərdən keçirir. Putin həmçinin Ukraynanın cənubunu ələ keçirərək Moldova ilə quru əlaqəsi yaratmaq niyyətindədir./publika

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR