İstanbulda silahlı şəxs ətrafa atəş açdı - FOTOLAR

İstanbulda silahlı şəxs ətrafa atəş açdı - FOTOLAR
Kateqoriya məlum deyil
T

İstanbulun Çatalca rayonunda bir nəfər evində barrikada quraraq ətrafa avtomat silahdan atəş açıb.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerinə çox sayda xüsusi təyinatlı polis qüvvəsi səfərbər olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda onun dinc yolla tərksilah edilməsi üçün danışıqlar aparır. İrfan Aktürk adlı olduğu bildirilən həmin silahlı şəxs heç kimin evə yaxınlaşmasına icazə vermir və təslim olmur.

Onun, eyni zamanda, jandarma əməkdaşlarına da atəş açdığı bildirilir.

Şübhəlinin bu addımının motivləri və digər təfərrüatlar hələlik məlum deyil.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR