Tehran Xəzərin yarısına iddia edə bilməz - İranın keçmiş səfiri

Tehran Xəzərin yarısına iddia edə bilməz - İranın keçmiş səfiri
Kateqoriya məlum deyil
T

İranda bəziləri hələ də yanlış təsəvvür edirlər ki, Xəzər dənizində İranın payı 50 faiz olmalıdır. Lakin heç bir tarixi dövrdə, hətta SSRİ-nin dövründə İranın payını 50 faiz təyin edəcək heç bir saziş və yaxud qanun yox idi.

Sfera.az xəbər verir ki, bunu İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin deyib.

“SSRİ-nin dövründə onun sahilləri İranın sahillərindən təxminən 7 dəfə böyük idi. Təbii ki, həmin dövrdə 50 faizlik paydan söhbət getmirdi. Bundan əlavə SSRİ supergüc olaraq hətta İranın müəyyən olunmuş öz 10 milliyində gəmiçilik və yaxud balıqçılqla məşğul olmasına icazə vermir və çoxlu maneələr yaradırdı”, - deyə o bildirib.

Pakayin bildirib ki, buna əsasən nə 50 faizlik pay iddiası, nə də Astara-Hüseynqulu xəttinə istinad etməyin hüquqi və real bazası yoxdur. Hətta Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın qərarlarından birində qeyd olunur ki, SSRİ dövründə fərz olunan xətlərin heç bir etibarı yoxdur.

Sabiq səfir qeyd edib ki, bu konvensiyanın Xəzər dənizinin təhlükəsizliyinin təmin oluması, bu dənizin qeyri-hərbi formada qalması, gəmiçilik, balıqçılıq, ətraf mühitin qorunması, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə sahələrində müddəaları ölkələrin mənafeyinə uyğundur.

“Fikir ayrılığı olan məsələ, 5 sahilyanı ölkə arasında başlanğıc xətti və dənizin dibi və su hövzəsi ilə bağlı hər bir ölkənin payının təyin olunmasıdır. Bəzi ölkələr Xəzər dənizini sərbəst bir dəniz hesab edir və 1982-ci il dənizlərin hüquqi statusu konvensiyasının tətbiq olunmasını istəyir, İran isə Xəzəri qapalı bir dəniz hesab edir”, -deyə o qeyd edib.

Pakayin əlavə edib ki, həmin ciddi fikir ayrılığına əsasən, sözügedən konvensiyada bu məsələlər yer almayıb. Hər 5 ölkə fikir ayrılığı olan məsələlərin kənarda qalması, razılıq əldə olunan hallar haqda anlaşma əldə olunması üzrə razılaşıb. Buna əsasən bu konvensiya sadəcə bütün ölkələrin birgə rəyi olduğu və hüquqi əsası olan prinsiplərə əsaslanır. Başlanğıc xətti və hər bir ölkənin paya sahib olması aidiyyəti ölkələr arasında iki və ya çox tərəfli razılaşmaların əldə olunmasına yönəldilib. Misal üçün İran və Azərbaycan Əlborz neft yatağı kimi birgə sahələrdə əməkdaşlıq imzalayıblar və İranın Azərbaycan və Türkmənistanla ikitərəfli müzakirələri davam edir.

“Təbii ki, İran parlamenti də bu konvensiyanı diqqətlə və detallı şəkildə araşdırmalıdır və parlamentin verdiyi qərar rəsmilər tərəfindən icra olunacaq. Bir ekspert olaraq bu qənaətdəyəm ki, bu sənəd tezliklə ratifikasiya olunarsa, İranın Xəzər dənizindən qanuni şəkildə istifadə etməsinə daha çox şərait yaranacaq. 4 ölkə Xəzər dənizinin bu konvensiyasını ölkə parlamentlərində ratifikasiya edib. Lakin İran ratifikasiya etməzsə, ticarət gəmilərinə raket və PUA hücumları kimi hadisələr baş verdiyi halda və ya tranzit və yükdaşıma sahəsində problemlər yarandığı halda hüquqi cəhətdən İran özünü müdafiə etmək üçün lazımi qanuni vasitəyə sahib olmayacaq”, - deyə o bildirib.

Pakayin deyib ki, İranın Fars körfəzi, Oman körfəzi və beynəlxalq sularda beynəlxalq təzyiqlər və dəniz blokadası ilə üzləşdiyi hazırkı şəraitdə Xəzər dənizi İranın iqtisadi mübadilələri və tranzit gəlirləri üçün gəlirli bir potensial hesab olunur. Bu sənədin təsdiqlənməməsi İranı hüquqi gücünü zəiflədir. İran Xarici İşlər Nazirliyi və Parlamentin yaxın əməkdaşlıqla milli mənafe istiqamətində qərar verəcəyi gözlənilir./Trend

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR