Türkiyə “atəşi kəsin” dedi, Rusiya atəş püşkürdü

“Rusiya öz maraqlarını təmin etməli və Donbas və Novorossiya ərazilərini nəzarətə götürməlidir”.
Sfera.az xəbər verir ki, Dövlət Dumasının deputatı Andrey Kolesnik Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiya-Ukrayna müharibəsində atəşkəs elan edilməsi təklifinə belə cavab verib.
Deputatın sözlərinə görə, Ankara Qara dənizdə naviqasiya təhlükəsizliyi ilə bağlı öz maraqlarını müdafiə edir.
"Bu gün təmas xəttinin dondurulması o deməkdir ki, biz öz bölgələrimizi - Zaporojye vilayətin, Donetsk və Luqansk “xalq respublikaları”nı tutmaqdan əl çəkəcəyik. Bu, bizim ərazimizdir. Biz onu azad etməyə borcluyuq. Biz öz məqsədlərimizə doğru irəliləməli və öz problemlərimizi həll etməliyik", - deyə deputat bildirib.
Daha əvvəl H.Fidan Türkiyənin Rusiya və Ukraynaya hərbi əməliyyatlara son qoymaq təklifini çatdırdığını bildirmiş və izah etmişdi ki, Kiyev Ankaradan atəşkəs elan etmək üçün mexanizm yaratmağı xahiş edib.
Göründüyü kimi, Rusiya tərəfi 4 il 6 ay əvvəlki kimi mövqeyində qalır və son aylarda məruz qaldığı xüsusilə ağır itkilərə baxmayaraq, müharibəni davam etdirmək niyyətindədir./musavat






