Türkiyə Rusiya və Ukraynaya xəbərdarlıq etdi

Türkiyə Rusiya və Ukraynaya xəbərdarlıq etdi
Kateqoriya məlum deyil
T

Türkiyə Qara dənizdə mülki gəmilərə hücumların qəbuledilməz olduğunu bildirir və bölgədə gərginliyin azaldılması, həmçinin gəmiçiliyin təhlükəsizliyinin təmin olunması üçün tədbirlərin görülməsinin tərəfdarıdır.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib.

“Dəfələrlə bəyan etmişik ki, Qara dənizdə təhlükəsizlik təhdid altındadır. Hərbi əməliyyatlarla (Rusiya-Ukrayna müharibəsi – red.) yanaşı, mülki gəmilərə qarşı yeni hücumlar müharibənin yeni mərhələyə keçməsi riskini artırır. Türkiyəyə məxsus mülki gəmilərə zərbələr endirilməsi qəbuledilməzdir. Biz bu məsələyə çox ciddi yanaşırıq və mülki gəmilərimizlə dənizçilərimizin vəziyyətini diqqətlə izləyəcəyik”, - Çelik bildirib./teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR