CHP-də kütləvi istefa yaşandı

Kateqoriya məlum deyil
T
Türkiyənin ana müxalifət partiyası olan CHP-də kütləvi istefa baş verib.
Sfera.az xəbər verir ki, bu barədə “Sözcü” qəzetinin köşə yazarı Sayğı Öztürk məlumat yayıb. Məlumata görə, əvvəlki çağırışlarda CHP-dən millət vəkili seçilmiş ümumilikdə 264 sabiq deputat partiya sıralarından istefa verdiklərini açıqlayıb.
İstefaların səbəbi və prosesin təfərrüatları ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Hadisənin CHP daxilində hansı nəticələrə səbəb olacağı isə maraq doğurur.
Bəsti Rəfizadə
Sfera.az






