İstanbulda ağır qəza - 30 yaralı

İstanbulda ağır qəza - 30 yaralı
Kateqoriya məlum deyil
T

İstanbulda sərnişin avtobusunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, qəza səhər saatlarında şəhərin Eyüpsultan rayonunda qeydə alınıb.

Polisin ilkin versiyasına görə, avtobusun sürücüsü sürüşkən yolda idarəetməni itirərək əvvəlcə qarşıdakı avtomobilə, ardınca isə yol nişanı dirəyinə çırpılıb.

Nəticədə azı 30 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Yerli bələdiyyə rəhbərliyi zərərçəkənlərin yerli vətəndaşlar olduğunu, aralarında uşaqların da yer aldığını bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR