Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi

Kateqoriya məlum deyil
T
“Ermənistan” blokunun lideri və sabiq prezident Robert Köçəryan Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı İnzibati Məhkəməyə iddia ərizəsi təqdim edib.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Söhbət iyunun 17-də Robert Köçəryana qarşı cinayət işinin başlanmasına razılıq verilməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarından gedir.
Hələlik iddianın icraata qəbul edilməsi ilə bağlı qərar yoxdur.
Xatırladaq ki, Ermənistan Baş Prokurorluğu iyunun 17-də “Ermənistan” blokundan olan üç deputatlığa namizədə qarşı cinayət işinin başlanmasına icazə verilməsi üçün MSK-ya vəsatət təqdim etmişdi./Teleqraf
Açar sözlər:
