Rusiya aviasiyası çökür

Rusiya aviasiyası çökür
Kateqoriya məlum deyil
T

Rusiya mülki aviasiyasında texniki nasazlıqların və uçuş gecikmələrinin sayı hər il artır və bu dinamika 2025-ci ildə yeni rekord həddə çatıb.

 

Sfera.az xəbər verir ki, 2024-cü ildə “Novaya Qəzeta - Avropa” 210 aviasiya insidenti qeydə almışdısa, “Aviaincident” kanalının məlumatına əsasən, 2025-ci ilin noyabrına qədər bu rəqəm 800-dən çox hal olub.

 

Bu, uçuşların ya yarımçıq dayandırılması, ya da təxirə salınması ilə nəticələnən nasazlıqları əhatə edir.

 

Bu hadisələrin əksəriyyəti texniki cəhətdən “adi” sayılan problemlərdir - mühərrikin işə düşməməsi, qapıların açılması və ya digər mexaniki xətalar. Lakin məhz bu xırda nasazlıqlar göstərir ki, ehtiyat hissələrindən və normal texniki xidmətdən məhrum edilmiş aviabparkın real vəziyyəti getdikcə pisləşir.

 

Hazırda aviaşirkətlər ehtiyat hissələrini üçüncü ölkələr vasitəsilə qeyri-rəsmi yollarla əldə edir, bəzi təyyarələri ehtiyat hissələri üçün “kanibalizasiya edir”, resursunu çoxdan doldurmuş təyyarələrin istismar müddətini isə süni şəkildə uzadırlar.

 

Rusiya hökuməti 2030-cu ilə qədər yüzlərlə yeni yerli sərnişin təyyarəsinin istehsalını, həmçinin tam miqyaslı idxalıəvəzedici proqramı vəd edir. Lakin mütəxəssislər buna şübhə ilə yanaşırlar: sanksiyalar ləğv edilmədən, mühərriklərə və aviyonikaya tam çıxış olmadan Rusiya aviasiyasının uzun müddət “daimi təmir rejimində” yaşamalı olacağı bildirilir./musavat

PAYLAŞ