Türkiyə və Ermənistan nümayəndələri sərhəddə görüşdülər

Türkiyə və Ermənistan nümayəndələri sərhəddə görüşdülər
Kateqoriya məlum deyil
T

Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesinin xüsusi nümayəndələrinin görüşləri zamanı əldə olunmuş razılaşmalara uyğun olaraq, noyabrın 28-də Ermənistan-Türkiyə sərhədindəki Axurik-Akyaka keçid məntəqəsində və Gümrüdə iki ölkənin müvafiq idarələrinin nümayəndələrinin görüşü olub.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyası sədrinin müavini, Ermənistan-Türkiyə dialoq prosesində Ermənistanın nümayəndəsi Ruben Rubinyan öz Feysbuk səhifəsində məlumat yayıb.

"Gümrü-Qars dəmir yolunun bərpası və istismarı ilə bağlı texniki müzakirələrin ikinci mərhələsi keçirilib", - Rubinyan bildirib.

PAYLAŞ