Azərbaycan-Ermənistan sərhədi açılacaq - Simonyan
Kateqoriya məlum deyil
“Azərbaycan və Ermənistan xalqları bundan sonra sülh içində yaşayacaqlar”.
Sfera.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“TRIPP mülki layihədir, hərbi elementi yoxdur. Burada məsələ belədir: uzun illər bir-birinə qarşı nifrət bəsləmiş iki xalq arasında elə bir məntiq tapılır ki, bu nifrət azalır və hansısa xoşagəlməz hadisənin baş verməsinə fürsət verilmir.
Bütün sərhədlər açıq olacaq, bir-birimizlə ticarət edəcəyik və edirik də. Davam edəcəyik, bir-birimizlə sülh içində yaşayacağıq”, - Alen Simonyan vurğulayıb./teleqraf






