Gümrü merinin oğlu da saxlanıldı

Kateqoriya məlum deyil
T
Gümrü şəhərinin həbsdə olan meri Vardan Qukasyanın oğlu Spartak Qukasyan saxlanılıb.
Sfera.az erməni mediasına istinadən xəbər verir ki, o, informasiya və ya kommunikasiya texnologiyalarından istifadə etməklə xuliqanlıq törətməkdə təqsirli bilinir.
Qukasyanın atası, mer Vardan Qukasyan iddia edir ki, bu, siyasi təzyiqdir.
İstintaq çərçivəsində həmçinin Cinayət Məcəlləsinin 297-ci (sahibkarlıq fəaliyyəti qaydalarının pozulması) və 452-ci (səlahiyyətlərdən sui-istifadə) maddələri üzrə yeni işlər açılıb.






