Əfqanıstanda sərnişin təyyarəsi qəzaya uğradı

14:50 / 27.01.2020
1691
Əfqanıstanın şərqindəki Qəzni əyalətində "Ariana Afghan Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.
Sfera.az xəbər verir ki, təyyarədə 83 sərnişin olub.
Təyyarə "Taliban" radikal hərəkatının nəzarətində olan dağlıq əraziyə düşüb.
Bəzi məlumatlara əsasən, təyyarə yanmağa başlayıb.
Hadisənin digər təfərrüatları məlum deyil.