Ukrayna İrandakı qəzanın \"qapalı versiyaları\"nı elan etdi: “Rus izi” və...

Ukrayna İrandakı qəzanın \
 
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası (SNBO) İranda Ukrayna təyyarəsinin qəzaya uğramasının üç "qapalı" versiyasını nəzərdən keçirir.

Sfera.az  Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun sözlərinə istinadla xəbər verir ki, əvvəllər səslənən əsas versiyaları nəzərə alaraq istintaq hazırda baş verənlərin yeddi ssenarisini nəzərdən keçirir.

Bu günə qədər fövqəladə vəziyyətin dörd versiyası rəsmi olaraq səsləndirilib: 

Təyyarənin zenit raket sistemiylə vurulması;
"Tor” hava hücumundan müdafiə sistemiylə məhvi;
Mühərrikin texniki səbəblərə görə partlaması;
Terror hadisəsi və İHA, yaxud digər uçan obyektlə toqquşma.

Üç qapalı versiyanın elanı ilə bağlı son qərar isə bütün araşdırmalar başa çatdıqdan sonra veriləcək.

Danilov Donbasdakı Boeing faciəsinin araşdırılmasında iştirak edən mütəxəssislərin qəza yerində çalışdıqlarını da qeyd edib. Xatırladaq ki, Kiyev, laynerin Rusiya istehsalı olan "Buk” raketi ilə vurulduğunu da iddia edib.

Bundan əvvəl də Ukrayna Milli Təhlükəsizlik Şurası İranda qəzaya uğrayan sərnişin təyyarəsinin kənar təsirə məruz qalacağını istisna etmədiyini bildirmişdi. Bundan əlavə, partlayışa təyyarənin içində baş verən terror aktının səbəb ola biləcəyi də istisna edilmir. SNBO "Rus izi" versiyasını da yoxlayacağını bildirib.

Ukrayna Beynəlxalq Hava Yollarının təyyarəsi yanvarın 8-də Tehrandan çıxandan qısa müddət sonra partlayıb. Təyyarə hündürlük yığa bilsə də, hadisə yerində çəkilmiş bir videoda laynerin yanğına büründüyü görünür. Qəzada 176 nəfər həlak olub.

OXŞAR XƏBƏRLƏR

80-90-cı illərdə doğulanların tamamilə fərqli bir nəsil olduğunu göstərən faktlar

Onlar 1980-ci ildə doğulanlarla başlayan və 1990-cı illərin ortalarında doğulanlara qədər davam edən möhtəşəm nəsildir. Elə bir zamanla qarşılaşıblar ki, bu bəz...

Çiyələyin bəzi sortlarının üzünə həsrət qala bilərik… - VİDEO

Sabirabad çiyələyi təbii şəkildə yetişdirildiyinə görə, tam keyfiyyətli hesab olunur.   Hazırda da Sabirabadın Həşimxanlı kəndində çiyələk yığımı dav...

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bakının Xətai rayonunda yerləşən Cavanşir yolötürücüsü sökülə bilər.   Sfera.az xəbər verir ki, bununla bağlı Xəzər TV-də süjet yayımlanıb.  ...

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Bakının Suraxanı rayonunda ailə məişət zəminində dava zamanı qadın bıçaqlanıb.   Sfera.az-ın məlumatına görə, hadisə Əmircan qəsəbəsində qeydə alınıb...

İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər

Fələstinin HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında Qəzza zolağında nizamlanmaya dair razılıq əldə etmək üçün Qahirədə daha bir neçə günlük danışıqlar tələb ol...

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

İspaniya La Liqasında 2023/2024-cü illər mövsümünün qalibi bəlli olub.   Sfera.az xəbər verir ki, "Real Madrid" sona 4 tur qalmış çempionlu...