“Danqabaşlardan isə üzr istəyə bilmərəm” - Nazilə Səfərli

Maqazin
10:15 / 30.12.2019
1401
"Küsülü olduğum insanları özümə yük bilmirəm. Görsəm ki, səhvim var, gəlib üzr istəyərəm”.
Sfra.az xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli ARB telekanalında yayımlanan "Hüseynova bacıları” verilişində dilə gətirib. O, daha sonra fikrini daha kəskin formada ifadə edib:
"Əgər barışmalı olduğum insan varsa, anlayış göstərərəm, qəlbini qırdığını deyərəm. Danqabaşlardan isə üzr istəyə bilmərəm. Köhnə hamam, köhnə tas küsülü olduğum insanlardırsa, mən o tasla, hamamla getmirəm 2020-ə”.
Qeyd edək ki, şairə teleaparıcı Xoşqədəm Hidayətqızı, Tarix Əliyev (Tolik), Sevda Sanalıyeva və başqa məşhurlarla qalmaqal yaşayıb. (yeni sabah)