İTV-də möhtəşəm gecə: “Oxşarabad 2”də bütün korifeyləri izləyəcəksiniz - FOTO/VİDEO

İTV-də möhtəşəm gecə: “Oxşarabad 2”də bütün korifeyləri izləyəcəksiniz - FOTO/VİDEO

Dekabrın son günü İTV-də "Oxşarabad 2” filmi yayımlanacaq.

Sfera.az xəbər verir ki, bu barədə oxu.az-a İTV-nin sədr müavini Tural Sevdimalı məlumat verib.

Onun sözlərinə görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin yeni istehsalı olan, baş rolda Taleh Yüzbəyovun oynadığı "Oxşarabad” adlı film komediya janrındadır.

"Bu il həmin filmin ikinci hissəsi olan "Oxşarabad 2” təqdim olunacaq. Filmdə baş rolları Taleh Yüzbəyov  oynayır və onun tərəf müqabili kimi Nəsibə Zeynalovanın obrazı canlandırılacaq.

"Oxşarabad 2” filminin ssenarisi komediya janrından fərqli olaraq, bir qədər retro, nostalji tonlar üzərində çəkilib.

Ssenariyə görə, T.Yüzbəyova tapşırıq verilir ki, Azərbaycanın korifey sənətkarlarını tapsın. Filmdə bir neçə dahi sənətkarların obrazları canlandırılacaq. Daha sonra yayımlanacaq Yeni il konsert proqramında həmin sənətkarların ifası izləyicilərimizə nostalji anlar yaşadacaq.

Proqram layihəsinə əsasən, bayram gecəsi efirə gedəcək "Oxşarabad 2” Korifeylər Konsert Proqramında Müslüm Maqomayev, İlhamə Quliyeva, Rübabə Muradova, Anatoli Qəniyev, Nəzakət Məmmədova, Mirzə Babayev, Rəşid Behbudov, Oqtay Ağayev, Şövkət Ələkbərova, Sara Qədimova iştirak edəcəklər.

Hələlik korifeylərin obrazlarını yaradacaq sənətçilərimizin adını açıqlamırıq, bunu tamaşaçılar konsert proqramını izləyərkən görəcəklər. Sənətçilərimiz maksimum çalışacaqlar ki, ifaları dahi sənətkarlarımızın səslərinə uyğun şəkildə səsləndirsinlər”.


 

 


OXŞAR XƏBƏRLƏR

"Qaziantepspor" Səlcuq İnanla yolları ayırdı

Türkiyə Super Liqasında çıxış edən "Qaziantepspor" klubu baş məşqçi Səlcuq İnanla yolları ayırıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Ukrayna 30 günlük atəşkəsə razılaşdı

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Avropa ölkələrinin liderləri ilə birlikdə Ağ Ev rəhbəri Donald Trampa zəng edib.   Sfera.a...

Müdafiə Nazirliyi: Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir

Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi ...

Türkiyə Ukraynada atəşkəsə nəzarət etməyə hazıdır - Hakan Fidan

“Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsi səylərini dəstəkləyir və ona əməl olunmasına nəzarət etmək üçün missiyanın bir hissəsini yerinə y...

Pakistanın istifadə etdiyi silahlar diqqət mərkəzində - Bəzilərindən Azərbaycanda da var

Çin istehsalı Pakistan təyyarələri ilə (J-10) Fransa istehsalı Hindistan təyyarələri (“Rafael”) arasında hava döyüşü dünyanın diqqətini çəkib. Çinin...

Ağdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, dövlət ...