Rüstəm sevgilisinin üzünü göstərdi - FOTO

Maqazin
23:00 / 29.12.2019
1998
2006-ci ildə "Best model of Azerbaijan” və 2007-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən "Best model of the World” gözəllik və model yarışmalarının qalibi Rüstəm Cəbrayılov sevgilisinin şəkillərini paylaşıb.
Oxu.Az xəbər verir ki, Cəbrayılov sevgilisi ilə çəkdirdiyi Yeni il ab-havalı fotosessiyanı şəxsi "Instagram” hesabında yayımlayaraq, xanımın qısqanc olduğunu, amma onu sevdiyini yazıb.
Model hətta münasibətdə olduğu xanıma şeir də bəxş edib.
Şəxsi həyatı ilə bağlı suallardan hər zaman boyun qaçıran Rüstəm Cəbrayılov bu paylaşımı ilə gündəmə səs salıb.









