Xalq artistindən anası ilə bağlı duyğusal paylaşım - Foto

Cəmiyyət
13:50 / 28.12.2019
2390
Xalq artisti Könül Xasıyeva sosial şəbəkədə anasının fotosunu paylaşıb.
Sfera.az xəbər verir ki, xanəndə xeyli müddətdir xəstə olan anası haqda "Can anam, yaddaşın itsə də, bizi tanımasan da, şirin səsin, isti nəfəsin evimizdə olsun” sözlərini yazıb.
Qeyd edək ki, onun atası bu il dünyasını dəyişib. K.Xasıyevanın anası isə uzun müddətdir yaddaşını itirib.
Sənətçi bir müddət öncə Şəkidəki evi satışa qoymasının da anasının səhhəti ilə bağlı olduğunu bildirmişdi:
"Düzdür, Şəkidəki evi satıram. Çünki o evdə xəstə anam qalır. Həmçinin, ora gedib-gəlməyimiz çətindir. Artıq anam da yaddaşını itirib. Anamızın yanımızda olması üçün onu Bakıya gətirmək istəyirik. Anamdan sonra Şəkidəki evdə yaşayış olmayacaq. Ona görə ev satılmasa, ora batıb gedəcək”.