Azərbaycanlı məşhur kamera qarşısında kobra bişirib yedi - Video

Maqazin
18:00 / 27.12.2019
1523
Bir neçə gün öncə Çinə yollanan tanınmış idmançı Kamil Zeynallı bu dəfə kobra əti yeyib.
Sfera.az xəbər verir ki, şəhəri gəzən idmançı sözügedən ölkənin qeyri-adi yeməklərinin də dadına baxıb.
O, kamera qarşısına əyləşərək ilan əti bişirib. Onun kobra olduğunu bildirən məşhur idmançı çəkilən görüntülərini də sosial şəbəkədə paylaşıb. Onun paylaşımı izləyicilər tərəfindən tənqid edilib, görüntülər iyrənc adlandırılıb.
Xatırladaq ki, K.Zeynallı bundan əvvəl tısbağa ətindən hazırlanan yeməyi yeyərək videosunu izləyicilərlə bölüşmüşdü. (yeni sabah)