Aybəniz qızının nişanlanmasından danışdı: “Oğlanla danışmadım, ayıbdır” - VİDEO

Aybəniz qızının nişanlanmasından danışdı: “Oğlanla danışmadım, ayıbdır” - VİDEO

Hər şey qəfil oldu. Bu məsələlər konsertim ərəfəsində baş verdi. Aynişan da mənə demirdi ki, qoy anam işlərini bitirsin. 10 günün içində bu işlərdən xəbər tutmuşam.

Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova "5-də 5” axşam şousunda deyib.

O, "Qızımın "həri”sini bizim görkəmli sənətkarımız, Xalq artisti Arif Babayev verdi” söyləyərək, canlı efirdə qızının nişanı ilə bağlı olan sirlərin üstünü açıb:

 

"Qızımın ürəyində məhəbbət cərəyan edirmiş. Amma hər ikisi utanıblar deməyə. Axırda konsertdən bir neçə gün sonra Aynişan cürət edib bunu mənə söylədi. Aynişan elə bir övladdır ki, heç zaman hər sözü danışmır. Evdə ailəiçi "həri” mərasimi etdik.

"Həri”ni bizim görkəmli sənətkarımız, Xalq artisti Arif Babayev verdi. Arif bəy mənim atam əvəzidir. Onsuz bu olmadı. Aynişan hələ uşaq olanda  Arif bəy deyirdi ki, onun "həri”sini mən verəcəyəm. Eşidəndə çox sevindi. Söylədi ki, mən buna çox şadam”.

Proqramın aparıcısı Zaur Kamalın "Qızınızı oğlana verməzdən öncə onun əsil-nəcabətini yoxladınız?” sualına Haşımova bu cür reaksiya verib:

"Əsil-nəcabətini araşdırdım. Yoxladıq deyədə ki, hamı bir-birini tanıyır. Onun doğulduğu torpaq Qarabağdır. Ağcabədidən, Üzeyir bəyin yurdundandır. Heç vaxt var-dövlət arxasınca qaçan insan olmamışam. Həyatda bir istəyim olub, qarşımdakı insanlar mənə sadaqətli olsun. Bu həyatda başqa heç nə istəmirəm. Şükürlər olsun ki, övladım məhz belə bir ailəyə qismət oldu. Çox gözəl ailədirlər. Allah məni onların qarşısında utandırmasın”.

Zaurun Əməkdar artistə ünvanladığı "Oğlanın evi-eşiyi, diplomu, işi varmı, əsgərliyə gedibmi, araşdırdınız?” sualına isə sənətçi bu cür cavab verdi:

"Onun mənim övladıma olan sevgisi bu həyatda hər şeydən vacibdir. Xalidin (Aybəniz Haşımovanın şəhid olan həyat yoldaşı) qızının adını tutan oğlan mütləq "əsgərlik”də olmalı idi. Başqa cür ola bilməz!”

Zaurun suallarına bir-bir cavab verən müğənni verilişin gedişatında gələcək kürəkəninin anası ilə görüşdüyünü dilə gətirdi:

"Oğlanla danışmadım. Ayıbdır. Heç kimlə bu barədə danışmadım. Anası ilə görüşmək istədim. Görüşdüm də… Gələcək kürəkənimin anasını görəndə, ona o qədər vuruldum ki, heç bir şey demədim. Çünki anası ilə görüşəndən sonra mənə hər şey aydın oldu”.

Sənətçi toydan sonra qızının onun yanında deyil, ayrı yaşayacaqlarını bildirdi:

"Mənimlə qalmaq olmaz. Bizdə elə şey yoxdur”.

Proqramın aparıcısı Zaur Kamal Aybəniz Haşımovanın qızı Aynişanın fevral ayında toyu olacağını vurğulayıb.(oxu.az)



OXŞAR XƏBƏRLƏR

Ukrayna 30 günlük atəşkəsə razılaşdı

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Avropa ölkələrinin liderləri ilə birlikdə Ağ Ev rəhbəri Donald Trampa zəng edib.   Sfera.a...

Müdafiə Nazirliyi: Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir

Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi ...

Türkiyə Ukraynada atəşkəsə nəzarət etməyə hazıdır - Hakan Fidan

“Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsi səylərini dəstəkləyir və ona əməl olunmasına nəzarət etmək üçün missiyanın bir hissəsini yerinə y...

Pakistanın istifadə etdiyi silahlar diqqət mərkəzində - Bəzilərindən Azərbaycanda da var

Çin istehsalı Pakistan təyyarələri ilə (J-10) Fransa istehsalı Hindistan təyyarələri (“Rafael”) arasında hava döyüşü dünyanın diqqətini çəkib. Çinin...

Ağdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, dövlət ...

Dövlət başçısı Kəngərli kəndində inzibati binada yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada...