Azərbaycan və Türkiyə yoldaşlıq oyunu keçirəcək - yer və vaxt bəllidi

Azərbaycan və Türkiyə yoldaşlıq oyunu keçirəcək - yer və vaxt bəllidi
 Azərbaycan və Türkiyə milli komandaları yoldaşlıq görüşü keçirəcəklər.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə millisinin baş məşqçisi Şenol Güneş "TRT Spor"a açıqlamasında deyib. O, Azərbaycan yığması ilə mayın 26-da Antalyada qarşılaşacaqlarını deyib. 67 yaşlı mütəxəssis iyunun 1-də Xorvatiya, 3 gün sonra isə İrlandiya ilə görüşəcəklərini bildirib.

Türkiyə millisi Avropa çempionatında iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.

OXŞAR XƏBƏRLƏR