\"Qarabağ\"ın qış hazırlıq planı və rəqibləri müəyyənləşib

\
 

"Qarabağ" futbol komandasının qış təlim-məşq toplanışının proqramı müəyyənləşib. 

Sfera.az klubun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi yanvarın 7-də klubun bazasında bir araya gələrək mövsümün ikinci yarısının hazırlıqlarına start verəcək.

Futbolçular yanvarın 12-si Antalyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək. Antalyada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında komanda 4 yoxlama oyunu keçirəcək. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv yanvarın 18-də Rumıniyanın "Akademika Klinkeni”, yanvarın 22-si Qazaxıstanın "Jetisu", yanvarın 25-i Çexiyanın "Siqma" və Polşanın "Visla Plok" klublarıyla qarşılaşacaq.

Yanvarın 26-sı isə komanda Bakıya dönərək fevralın 2-si baş tutacaq "Səbail"lə matçın hazırlıqlarını burada davam etdirəcək.


OXŞAR XƏBƏRLƏR

Orta məktəbdə bıçaqlanma - Yaralı var

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məm...

Tərtər çayında yeniyetmə boğuldu

Bərdə rayonunda yeniyetmə Tərtər çayında boğulub.   Sfera.az Report-a istinadən xəbər verir ki, Ağdam rayon sakini - 2010-cu il təvəllüdlü Əli F...

Yeni Azərbaycan Partiyasının Zaqatala Təşkilatı Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan görüş təşkil olundu - Fotolar

Yeni Azərbaycan Partiyasının Zaqatala Təşkilatı sədri Fərid bəy Ramazanovun təşəbbüsü ilə təşkilat əməkdaşlarıyla Zaqatala rayon Heydər Əliyev adına Mərkəzdə da...

Bakıda 5 otaqlı ev yandı

Bakının Xəzər rayonunda yanğın olub.   Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sah...

Ermənistan müxalifəti Paşinyanın impiçmentini istəyir - Proses başlayıb

Ermənistanın Vahid Milli Konstitusiya Partiyası ölkənin baş naziri Nikol Paşinyana etimadsızlıq votumu bildirilməsi prosesinə başlayıb.   Sfera.az &l...

Avropanın ən yaxşı 10 çimərliyi - Siyahıda Türkiyə də var

İngiltərənin tanınmış qəzetlərindən olan “The Guardian” Avropanın ən gözəl çimərlikləri ilə bağlı oxucuları arasında sorğu keçirib. Sfera.az xə...