Davit Volkov "Qəbələ"ni tərk edib

Davit Volkov
 

Davit Volkov "Qəbələ” klubunun yeni müqavilə təklifini qəbul etməyib.

Sfera.az xəbər verir ki, bu barədə  24 yaşlı hücumçunun özü məlumat verib.

Gürcüstanlı forvard hazırda digər variantları gözdən keçirdiyini söyləyib: "Ad çəkməyəcəyəm, Azərbaycanın başqa klublarından dəvət var. Həmçinin Gürcüstan, Belarus, Türkiyə və İsrail təmsilçilərindən də təklif almışam”.

Qeyd edək ki, Volkov bu ilin yanvarından "Qəbələ” ilə 1 illik müqavilə bağlamışdı. O, qış fasiləsində komandanı tərk edən ilk futbolçu olub. (report)


OXŞAR XƏBƏRLƏR