UEFA türklərin əsgər salamına görə qərarını açıqladı, cərimə kəsdi

UEFA türklərin əsgər salamına görə qərarını açıqladı, cərimə kəsdi

UEFA futbol üzrə Türkiyə millisinin oyunlarındakı əsgər salamı ilə bağlı qərarını açıqlayıb.

Sfera.az xəbər verir ki, sözügedən qurum buna görə komanda üzvlərini qınayıb, həmçinin Türkiyə Futbol Federasiyasına (TFF) cərimə kəsib.

Qitə futbol təşkilatının yaydığı məlumatda bildilir ki, əsgər salamı verən futbolçular - Merih Demiral, Umut Meraş, Burak Yılmaz, Mert Günok, Zeki Çelik, Cenk Tosun, Mahmut Tekdemir, Uğurcan Çakır, Yusuf Yazıcı, Hakan Çalhanoğlu, Okay Yokuşlu, Ozan Tufan, Sinan Bolat, Emre Belözoğlu, Deniz Türüç və İrfan Can Kahveciyə qınama cəzası verilib.

Əsgər salamı ilə yanaşı, Türkiyə ilə Fransa arasındakı oyunda tribunalarda yaşanan olaylara görə də TFF 50 min avro cərimə olunub.

Xatırladaq ki, Türkiyə millisinin futbolçuları AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Albaniya ilə ev (1:0) və Fransa ilə səfər oyununda (1:1) vurduqları qolları əsgər salamı ilə qeyd etmişdilər. UEFA isə bununla əlaqədar sözügedən komandaya qarşı intizam işi başlandığını bəyan etmişdi. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Tərtər çayında yeniyetmə boğuldu

Bərdə rayonunda yeniyetmə Tərtər çayında boğulub.   Sfera.az Report-a istinadən xəbər verir ki, Ağdam rayon sakini - 2010-cu il təvəllüdlü Əli F...

Yeni Azərbaycan Partiyasının Zaqatala Təşkilatı Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan görüş təşkil olundu - Fotolar

Yeni Azərbaycan Partiyasının Zaqatala Təşkilatı sədri Fərid bəy Ramazanovun təşəbbüsü ilə təşkilat əməkdaşlarıyla Zaqatala rayon Heydər Əliyev adına Mərkəzdə da...

Bakıda 5 otaqlı ev yandı

Bakının Xəzər rayonunda yanğın olub.   Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sah...

Ermənistan müxalifəti Paşinyanın impiçmentini istəyir - Proses başlayıb

Ermənistanın Vahid Milli Konstitusiya Partiyası ölkənin baş naziri Nikol Paşinyana etimadsızlıq votumu bildirilməsi prosesinə başlayıb.   Sfera.az &l...

Avropanın ən yaxşı 10 çimərliyi - Siyahıda Türkiyə də var

İngiltərənin tanınmış qəzetlərindən olan “The Guardian” Avropanın ən gözəl çimərlikləri ilə bağlı oxucuları arasında sorğu keçirib. Sfera.az xə...

Halit Ergenç və Rıza Kocaoğluna 4 ilə qədər HƏBS TƏLƏBİ - VİDEO

Məşhur türkiyəli aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu menecer Ayşe Barıma qarşı aparılan istintaqda yalan ifadə verdiyi iddiası ilə hər b...