“Qarabağ”ın gəlirləri açıqlandı

İdman
15:10 / 20.12.2019
2741
UEFA 2018-2019 mövsümündə Avropa Liqasının qrup mərhələsində çıxış edən klubların gəlirlərini açıqlayıb.
Sfera.az xəbər verir ki, ötən mövsüm ölkəmizi qrup mərhələsində təmsil edən "Qarabağ"ın da qazancı bilinib. "Arsenal", "Sportinq" və "Vorskla" ilə E qrupunda yer alan Ağdam təmsilçisinin ümumi gəliri 4 847 954 (4 milyon, 847 min, 954) avro olub.
Bunun 2 milyon 275 min avrosu qrup mərhələsində iştiraka görə verilirsə, yerdə qalan hissəsi qrupda qazanılan nəticələr və marketinqlə bağlı gəlirlərdir.