Əməkdar artist: Qara camaat Nigar Camalı necə tanıyırsa, mən də elə tanıyıram

Əməkdar artist: Qara camaat Nigar Camalı necə tanıyırsa, mən də elə tanıyıram

Əməkdar artist Elnarə Abdullayevanın Azərbaycana "Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camalı tanımadığını bildirməsi müzakirələrə səbəb olub.

E.Abdullayeva Oxu.Az-ın əməkdaşı ilə söhbətində məsələyə bu cür aydınlıq gətirib:

"Nigar məni tanımaya bilər. Mən də onu yaxından tanımıram. "Avroviziya” təmsilçimiz olduğunu, birinci seçildiyini bilirəm. Qara camaat onu necə tanıyırsa, mən də onu elə o cür tanıyıram. Nigar məni tanımağa məcbur deyil. Əsas odur ki, mən özüm-özümü tanıyıram. Əgər Azərbaycandan Nigarı o boyda nüfuzlu müsabiqəyə yollayıblarsa, demək ki, yaxşı ifaçıdır”.

Bir neçə həftə öncə Əməkdar artist Elnarə Abdullayeva ATV-də yayımlanan "Gündən-günə” proqramında işlətdiyi "Gəlin qayınananın sözünü yeyə bilmirsə, evdən getsin” fikirlərinin qalmaqala səbəb olmasından söz açıb. O, sözlərinin təhrif olunduğunu və bu məsələdən əsəb keçirdiyini bildirib:

"Efirdə səsləndirdiyim fikirlərim yanlış anlaşıldı. Mən deməmişəm ki, atası evinə getsin. Demişəm ki, yola getmirlərsə, gənc ailə ayrı evə köçsün. Hər şey gəlinin əlindədir. Məni dəstəkləsələr də, dəstəkləməsələr də, bu belədir. İnsan gələcəyini düşünməlidir. Qocalıb qar uçqununun altında qalanda kömək gözləyirlər. Ona görə də hər kəs bir-biri ilə gözəl ünsiyyət qurmağı bacarmalıdır”.



OXŞAR XƏBƏRLƏR

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Prezident Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım etdi - VİDEO

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rəsmi "Instagram" səhifəsində videoçarx paylaşıb. ...

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-...

500-dən çox hərbçiyə mənzil verilib

2025-ci ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.   Sfera.az “Report”a istinadən xəbər ve...

Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdilər

Ulu öndər, Azərbaycanın eks-prezidenti Heydər Əliyev anadan olmasının 102-ci ildönümündə hörmətlə anılır.   Sfera.az xəbər verir ki, dövlət qurumları...