Briliant Röyanın üzərinə getdi, Röya geri çəkildi: \"Xahiş edirəm, bitirək...\" - VİDEO

Briliant Röyanın üzərinə getdi, Röya geri çəkildi: \

 

Müğənni Röya Ayxanla Briliant Dadaşova arasındakı qalmaqal səngimək bilmir. 

Xatırladaq ki, Röya "3D" verilişində Dadaş Dadaşlinskinin Brilliant Dadaşovanın erməni musiqiçinin ifasına super yazmasına aşağıdakı fikri bildirmişdi:

"Onda niyə şərhi sonra pozdu? Deməli, öz etdiyinə inanmaq istəmədi. Nə qədər desək də, musiqinin milliyəti yoxdur... Danışmadığım müğənninin mahnısını zümzümə edərəm. Amma millətimi incidənə "super" yazmaram.

Sfera.az bildirir ki, Röyanın bu sözlərinə xalq artisti Briliant Dadaşovanın cavabı isə gecikməyib: "Publikaya oynamaq yaxşı şey deyil. Röya bu mövzunu bilmirsə, deyərdi ki, xəbərim yoxdur. İnsan bilmədiyi məsələ haqda danışmaz. İkincisi, vətənpərvərlik hissləri ilə oynamaq yaxşı deyil. Qarabağ hamımızın yaralı yeridir. Qarabağlı deyiləm, amma azərbaycanlıyam. Qarabağda döyüş bölgələrində dəfələrlə əsgərlərə mənəvi dəstək olmağa çalışmışam. Lazım olan yerdə mübahisə etmişəm.”

Brilyant Dadaşova izləyicilərinə və jurnalistlərə xitabən Müğənni Röya Ayxanın "Millətimi incidən millətə super yazmaram, yaza bilmərəm” sözləri ilə bağlı videoaçıqlama yayıb:

 

"Mən həkim olsaydım və düşmən ordusunun əsgərini yanıma gətirsəydilər,onu müalicə edərdim, diplomat olsaydım, müharibə şəraitində olduğumuz dövlətin nümayəndəsi ilə diplomatik söhbət edərdim. Biz musiqiçiyik. Bizim Tərəkəməmizi, Vağzalımızı, oyun havalarımızı, xalq mahnılarımızı kim yüksək səviyyədə təbliğ edirsə, mən ona super deyərəm. Bəlkə də, çox sənət adamının bizim xalq mahnıılarımızdan, mədəni irsimizdən xəbəri yoxdur. Amma mən Süleyman Dadaşovun, Məlik Dadaşovun, Hökumə Nəcəfovanın, Hüseyn Ərəblinskinin ailəsindənəm. Mənim üçün xalq mahnılarımız, milli rəqslərimiz çox dəyərlidir. Bizim ailəmiz 5 şəhid verib. Amma bu başqa söhbətin mövzusudur Bir daha deyirəm: "Qarabağ bizim hamımızın yaralı yeridir”. Xalq artisti müraciətini bu sözlərlə yekunlaşdırıb: Çox məyus oldum, çünki məni görəndə: "sənətkarımsan”,- deyən bir insandan bu cür hərəkəti, belə sözləri heç gözləmirdim. Çox sağ olun, minnətdaram sizə.”

 

Xalq artisti Röya Ayxan isə Brilliant Dadaşova ilə aralarında yaranan incikliyə son qoymaq istədiyini bildirib:

"Mən sadəcə öz fikrimi söylədim və əsla Brilliant xanımı incitmək kimi bir fikrim olmadı, ola da bilməz. Doğurdan da, mənim fikrim onu incitdisə, bağışlasın! Hər zaman hörmətlə, böyük sevgi ilə onun yanında olmuşam və olacam da! Bu söz-söhbət artıq bitsin, xahiş edirəm!"


Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Türkiyə Super Liqası klubu baş məşqçisi ilə yolları ayırıb

Türkiyə Super Liqasında çıxış edən "Qaziantepspor" klubu baş məşqçi Selçuk İnanla yolları ayırıb.   Sfera.az "Report"a istinadən ...

"Qaziantepspor" Səlcuq İnanla yolları ayırdı

Türkiyə Super Liqasında çıxış edən "Qaziantepspor" klubu baş məşqçi Səlcuq İnanla yolları ayırıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Ukrayna 30 günlük atəşkəsə razılaşdı

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Avropa ölkələrinin liderləri ilə birlikdə Ağ Ev rəhbəri Donald Trampa zəng edib.   Sfera.a...

Müdafiə Nazirliyi: Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir

Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi ...

Türkiyə Ukraynada atəşkəsə nəzarət etməyə hazıdır - Hakan Fidan

“Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsi səylərini dəstəkləyir və ona əməl olunmasına nəzarət etmək üçün missiyanın bir hissəsini yerinə y...

Pakistanın istifadə etdiyi silahlar diqqət mərkəzində - Bəzilərindən Azərbaycanda da var

Çin istehsalı Pakistan təyyarələri ilə (J-10) Fransa istehsalı Hindistan təyyarələri (“Rafael”) arasında hava döyüşü dünyanın diqqətini çəkib. Çinin...