Rusiya Dumasından “Avrovision” mahnısına - Etiraz
Dünya
17:43 / 22.02.2016
2320
Ukraynanın "Avrovision” yarışmasında rusların krım tatarlarını 1944-cü ildə deportasiya etməsinə həsr olunan mahnı ilə çıxış etməsi Rusiyada narazılıqlara səbəb olub.
"Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin birinci sədr müavini Vadim Denqin "Avrovision”nun ukraynalı müğənnini məlum mahnıyla müsabiqəyə buraxmayacağına ümid etdiyini bildirib. Əks halda, həmin mahnı yarışmanı siyasiləşdirəcək:
"Qəribə seçimdir. Əminəm ki, orada xüsusi olaraq belə seçim etdilər ki, növbəti dəfə Rusiyanı yaralasınlar.
Heç bir maaş, təqaüd almayan Ukrayna əhalisinin əksəriyyəti "Avrovision”a baxmayacaq. Çünki onların heç elektrikə ödəməyə pulları yoxdur.
Ümid edirəm ki, "Avrovision” rəhbərliyi öz yarışması ərazisində buna imkan verməyəcək”