Azərbaycan ən çox elektrik enerjisini Türkiyəyə satır

Azərbaycan ən çox elektrik enerjisini Türkiyəyə satır

Son illər Azərbaycanın ən çox elektrik enerjisi ixrac etdiyi ölkə Türkiyədir.

 

Sfera.az xəbər verir ki, bunu "Anadolu" agentliyinə açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov bildirib.

 

Onun sözlərinə görə, enerji Gürcüstan üzərindən ötürülür: "Əvvəlki illərdə Türkiyə üzərindən isə Avropa ölkələrinə az da olsa elektrik enerjisi ixrac olunub".

 

Nazir müavini qeyd edib ki, yaxın illərdə Azərbaycandan Türkiyəyə elektrik enerjisi Naxçıvan üzərindən ötürüləcək:

 

"Həm Naxçıvanda, həm də Azərbaycanın əsas hissəsində istehsal edilən elektrik enerjisinin muxtar respublika üzərindən Türkiyəyə ixracı nəzərdə tutulur. Naxçıvan Azərbaycanın ən güclü günəş radiasiyasına malik bölgəsidir. Bölgənin külək enerjisi potensialı da yüksəkdir. Burada bərpaolunan enerji potensialı təxminən 6 GVt qiymətləndirilir. Bunun 1 GVt-ı Türkiyəyə ixrac edilə bilər".

 

E.Soltanov Cəbrayıl rayonunda tikilən 330 kVt-luq yarımstansiya barədə də danışıb:

 

“Bu, Naxçıvanla Azərbaycanın əsas ərazisinin birləşməsində son halqadır. Bu xətt Zəngəzur Dəhlizi və yaxud Araz Dəhlizi vasitəsilə, yaxud hər iki marşrutla Naxçıvana birləşdiriləcək. Beləliklə, həm muxtar respublikanın enerji təhlükəsizliyi təmin olunacaq, həm də Naxçıvan üzərindən Türkiyəyə elektrik enerjisi ötürüləcək".

 

Bundan başqa, nazir müavininin sözlərinə görə, 2030-cu ilə qədər Azərbaycanda bərpaolunan enerjinin payı 35,5 %-ə yüksələcək:

 

"Bərpaolunan enerji yatırımlarını artıran Azərbaycan təkcə daxili tələbatı qarşılamaqla kifayətlənməyərək, eyni zamanda elektrik enerjisi ixracını da genişləndirəcək. Layihələr çərçivəsində istehsal edilən enerji əsasən Avropaya çatdırılacaq. Bu kontekstdə Türkiyə həm Azərbaycanın elektrik enerjisini alan ölkə, həm də Avropa bazarlarına çıxış üçün tranzit ölkə kimi ön plana çıxacaq".


OXŞAR XƏBƏRLƏR

Arxeoloqların belə hələ də sirrini aça bilmədiyi yerlər - FOTO

Elm adamlarının və arxeoloqların yer üzündə həyata və bəşər tarixinə gəldikdə həmişə izahatları var. Lakin indiyə qədər nə alimlər, nə də tarixçilər bəzi sirli ...

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

İkinci Dünya Müharibəsi zamanı xarici məxfi agentlər tənha bir kottecdə yerləşdirilirdi. Agentlər nəzarət altında, mühafizə olunmurdular, lakin bəzən divarı yar...

KİV: İran İsrailə yeni raket zərbələri endirib

İranın Silahlı Qüvvələri İsrail ərazisinə ballistik raketlər atıb.   Sfera.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. ...

Abraham Linkolnun öldürülməsinin qarşısını ala bilmədiyi üçün ağlını itirdi - FOTO

Birlik ordusunun mayoru Henri Rathbone bütün həyatını günahkar hiss edərək keçirib. O, Abraham Linkolnun qatili Con Uilks Butun qarşısını ala bilmədiyi üçün ağl...

Nasistlərin illərlə işgəncə verib iki dəfə edam etdiyi admiralın dəhşətli hekayəsi

Nasistlərin ən nifrət etdiyi şeylərdən biri vətənə xəyanət idi. Bu səbəbdən Hitlerin sərt idarəçilik tərzinə qarşı çıxan admiral Kanaris ölümü dadsın deyə əvvəl...

Netanyahu: "İki dəfə Trampı öldürmək istəyib"

İran bütün Qərbi təhdid edib və iki dəfə Trampı öldürmək istəyib.   Sfera.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu videomü...