Azərbaycan millisi Latviya yığması ilə üz-üzə gələcək

Azərbaycan millisi Latviya yığması ilə üz-üzə gələcək

Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.

 

Sfera.az "Report"a istinadən xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Latviya seçməsi ilə üz-üzə gələcək.

 

Riqa şəhərindəki "Skonto" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

 

Qarşılaşmanın baş hakimi maltalı Trustin Farruca Kann olacaq.

 

Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıdakı "Liv Bona Dea Arena"da Macarıstan yığmasını qəbul edəcək


OXŞAR XƏBƏRLƏR