"Roma" klubuna yeni baş məşqçi təyin edildi


"Roma" klubuna yeni baş məşqçi təyin edildi

İtaliyalı Can Pyero Qasperini "Roma" futbol klubunun baş məşqçisi təyin edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

 

O, bu vəzifədə Klaudio Ranyerini əvəz edəcək. Qasperini ilə müqavilənin müddəti 2028-ci ilədək nəzərdə tutulub.

 

Qeyd edək ki, Qasperininin 67 yaşı var. Onun son iş yeri "Atalanta" olub.


OXŞAR XƏBƏRLƏR