“Bu büdcə ilə işləri həll edə bilməyəcəyik” - Ağalarov devalyasiyadan danışdı

“Bu büdcə ilə işləri həll edə bilməyəcəyik” - Ağalarov devalyasiyadan danışdı
Rusiyada rublun devalvasiyası, dolların kursunun qalxması futbol üzrə 2018-ci il Dünya Çempionatının keçirilməsi üçün nəzərdə tutulan stadionların tikintisi ilə məşğul olan podratçıları ciddi ziyana salıb.
Sfera.az virtualaz.org-a istinadən xəbər verir ki, belə podratçılardan biri də tanınmış azərbaycanlı milyarder, "Crocus Group” şirkətinin prezidenti Araz Ağalarovdur. Ağalarovun şirkəti Rostovda və Kalininqradda iki stadionun tikintisini həyata keçirir.

"Rublun devalvasiyası hər şeyi alt-üst etdi. Devalvasiya üzündən podratçılardan heç biri təsdiq olunmuş büdcə ilə bu işlərin öhdəsindən gələ bilməyəcək. Hazırkı kursla bir obyektin tikintisi təxminən 200 milyon dollara başa gəlməlidir. FİFA tarixində belə şey olmayıb. Bundan əvvəl çempionatı qəbul edən Braziliyada bir stadionun tikintisi 400 milyon dollara başa gəlmişdi. Hələ onlarda iqlim şərtləri bizdən xeyli yaxşıdır”-Ağalarov deyib.

Ekspertlər hesab edirlər ki, belə getsə podratçılardan bir çoxu tikintini yarımçıq qoyub gedəcəklər.

OXŞAR XƏBƏRLƏR

Rəisinin helikopterinin sərhədimizdən son - FOTOSU

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin sərhədimizdən lentə alının son fotosu yayılıb.   Qeyd edək ki, prezident, eyni zamanda XİN ...

Qəza yerindən növbəti görüntülər - VİDEO

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı ərazidən növbəti görüntülər yayılıb.   Sfera.az həmin görüntüləri təqdim edir: ...

“Türk Hava Yolları” 2033-cu ilədək olan inkişaf planlarını açıqladı

Türkiyənin milli aviadaşıyıcısı olan “Türk Hava Yolları” (Turkish Airlines) şirkəti cümhuriyyətin 110 illiyinin geniş qeyd olunacağı 2033-cü ilə qəd...

Rəisinin olduğu helikopteri axtaran xilasedicilər itkin düşdü

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin axtarışına çıxan Qızıl Aypara Cəmiyyəti qruplarının 3 xilasedici üzvü itkin düşüb.   Sfera.az ax...

Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI

Maqnit qasırğaları zamanı hər hansı stimulyatorlardan istifadəni və siqaret çəkməyi dayandırmaq lazımdır.   Sfera.az lent.az-a istinadən xə...

İlham Əliyev İbrahim Rəisinin qəzaya düşməsi ilə pağlı paylaşım etdi

Azərbaycan prezidenti İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib.   Sfera.az xəbər verir ki, Prezident...