Məşhur cütlük dünyaya gələcək övladlarının adını qollarına döymə etdirib - FOTO

Maqazin
18:30 / 19.11.2019
3149
Türkiyəli aktrisa Müge Boz dünyaya gələcək övladına qoyacağı adı maraqlı şəkildə elan edib.
Aktrisa və həyat yoldaşı basketbolçu Caner Erdeniz övladlarının cinsiyyətini öyrənmədən onun adını qollarına döymə ediblər. Cütlük övladlarına Vina adını qoyacaq.
Qeyd edək ki, son vaxtlar aktrisa hamiləliyi ilə bağlı açıqlamaları ilə diqqət cəlb edib. Cütlük övladlarının cinsiyyətini doğulanda bilmək istədiklərini açıqlayıb. Hətta aktrisa uşağın cinsiyyətini düzgün təxmin edənə hədiyyə verəcəklərini bildirib. (oxu.az)



