Etibar Məmmədov sükutu “sükutla pozdu”: “Danışmayacam...”

Etibar Məmmədov sükutu “sükutla pozdu”: “Danışmayacam...”
 

 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun yenidən aktiv siyasətə qayıtması haqda söhbətlər səngimək bilmir. Bununla bağlı sosial şəbəkələrdə fəal təbliğat işləri aparılır, AMİP funksionerləri isə "Etibar Məmmədovun aktiv siyasətə qayıtması onun açıqlamasından sonra bəlli olacaq” tipli açıqlamalarla kifayətlənirlər.


Amma siyasətə qayıdıb-qayıtmaması ilə bağlı Etibar Məmmədovun özünün mətbuatda açıqlaması olmayıb. Bunu nəzərə alaraq AMİP lideri ilə əlaqə saxladıq.


Etibar Məmmədov Sfera.az-ın sualına bircə cümləylə cavab verməyi üstün tutub: "Mən telefon vasitəsilə heç bir açıqlama və müsahibə vermirəm”.


Odur ki, telefonla açıqlama vermək istəməyən Etibar Məmmədovun sosial şəbəkələr vasitəsilə aktiv siyasətə qayıdıb-qayıtmayacağı məsələsi yenə də açıq qaldı.

 

 

Xatırladaq ki, Etibar Məmmədov Azərbaycan milli azadlıq hərəkatının liderlərindən və müstəqillik aktına imza atan siyasətçilərdəndir. O, 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının yaradıcılıarından biri olub və partiyanın ilk sədri seçilib. 2005-ci il parlament seçkilərindən sonra Etibar Məmmədov aktiv siyasətdən uzaqlaşıb.

 

 

Səbuhi

Sfera.az


OXŞAR XƏBƏRLƏR