Nazir müavini Firudin Qurbanov Xaçmazda məktəb açılışlarında - FOTOLAR

Nazir müavini Firudin Qurbanov Xaçmazda məktəb açılışlarında - FOTOLAR

Sentyabrın 16-da yeni tikilmiş Xaçmaz rayonu İstisu qəsəbə və Palçıqoba kənd tam orta məktəblərinin açılış mərasimləri keçirilib. 

 

Sfera.az xəbər verir ki, tədbirlərdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, həmçinin təhsil işçiləri və şagirdlər iştirak ediblər.

 

Nazir müavini Firudin Qurbanov şagirdləri yeni tədris ilinin başlaması münasibətilə təbrik edərək, onlara təhsil həyatlarında yüksək nailiyyətlər arzulayıb. O, şagirdləri müasir tədris proqramlarından yararlanaraq bilik və bacarıqlarını inkişaf etdirməyə çağırıb. Nazir müavini ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatlar çərçivəsində yeni məktəb binalarının tikintisi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində əldə olunan nailiyyətlər barədə də məlumat verib. 

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev də, öz növbəsində, şagirdləri yeni tədris ili münasibətilə təbrik edib. İdarə müdiri təhsildə irəliləyişə nail olmaq üçün yaradılmış şəraitdən faydalanmağın vacibliyini diqqətə çatdırıb. 

 

Daha sonra tədbir iştirakçıları yeni istifadəyə verilmiş Xaçmaz rayonu İstisu qəsəbə və Palçıqoba kənd tam orta məktəblərində yaradılan şəraitlə tanış olublar. Məktəblərdə şagirdlər üçün müasir sinif otaqları, laboratoriyalar və digər tədris resursları yaradılıb ki, bu da təhsilin keyfiyyətini artırmaq üçün əhəmiyyətli bir addımdır.

 

Qeyd edək ki, Xaçmaz rayonu İstisu tam orta məktəbi 320, Palçıqoba kənd tam orta məktəbi isə 360 şagird yerlikdir.


OXŞAR XƏBƏRLƏR

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...