Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi


Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.
 

“Unseenlabs”ın aşağı orbitli nanopeyki ilə “Cailabs” tərəfindən təmin edilən kommersiya yerüstü stansiyası arasında əlaqə yaratmaq üçün lazerdən istifadə edilib.
 

Sfera.az bildirir ki, lazer rabitəsi bir neçə dəqiqə ərzində peyklərdən çox böyük faylları, xüsusən də Yerin ətraflı təsvirlərini ötürməyə imkan verir.
 

Bildirilir ki, lazer faydalı yükü olan peyk yerüstü stansiya ilə bir neçə dəqiqə ərzində sabit əlaqə qurub. “Cailabs”ın baş direktoru Jean-Fransua Morisoura görə, lazerlərin nöqtə-nöqtə xarakteri onları radiotezliklərdən daha təhlükəsiz edir və tıxanması mümkün deyil. Bundan əlavə, lazer rabitəsi bir neçə dəqiqə ərzində Yerin ətraflı təsvirləri kimi çox böyük faylları ötürə bilir.
 

Qeyd edək ki, bu, kosmosdan Yerə lazer rabitəsinin ilk sınağı olmasa da, bu dəfə ilk dəfə kommersiya üçün mövcud olan yerüstü stansiyadan istifadə edilmişdir. Gələcəkdə kosmik lazer rabitəsinin mobil, quru, dəniz və hava platformalarında istifadə oluna biləcəyi gözlənilir. Fransa Silahlı Qüvvələr Nazirliyi layihənin maliyyələşdirilməsi üçün 5,5 milyon avro ayırıb.
 

“Cailabs”ın baş direktoru həmçinin qeyd edib ki, qlobal təhlükəsizlik sistemindəki dəyişikliklər fonunda hökumətlər kosmosda üstünlüyün vacib olacağını getdikcə daha çox dərk edirlər. Bundan əlavə, “kosmosa giriş” xərclərinin azalması kosmik iqtisadiyyatı sürətləndirir.


“Kosmik iqtisadiyyat nə qədər çox inkişaf edərsə, bir o qədər çox yeni alətlər peyda olur. O, əslində döyüşlərin getdiyi hər hansı digər sahə ilə eyni sahəyə çevrilir”- deyə şirkətin rəhbəri vurğulayıb.
 

Portalın məlumatına görə, sınaqda istifadə edilən “Cailabs” stansiyası böyük teleskop və bir neçə kiçik günbəzdən ibarətdir və çətinlik lazer işığının emalındadır. Lazım gələrsə, stansiya yük maşını ölçüsündə edilə bilər.
 

Xatırladaq ki, “Rafael Advanced Defense Systems” şirkətinin baş direktoru Yoav Turgeman gələn il İsrail Müdafiə Qüvvələrinin Iron Beam Yüksək Enerjili Lazer Silah Sistemini yerləşdirəcəyini açıqlamışdı.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Həcc ziyarətindəki zəvvarlarımızın ölkəyə qayıdışı necə TƏŞKİL OLUNACAQ? – QMİ-dən AÇIQLAMA

“Baş verən son hadisələrlə əlaqədar, (İsrailin İrana endirdiyi hava zərbələri - red.) Həcc ziyarətindən gələn zəvvarların Azərbaycana qayıtmasında heç bir...

KİV:İsrailin İrandakı əməliyyatı 14 gün davam edəcək

İsrail İrana qarşı əməliyyatı 14 gün ərzində aparmağı planlaşdırır.   Sfera.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yük...

Sürücülərin NƏZƏRİNƏ – Bu küçələrdə hərəkət MƏHDUDLAŞDIRILACAQ

Bakıda bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobil Yolları ...

Zakir Həsənovdan Bağerinin ölümü ilə bağlı BAŞSAĞLIĞI

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağ...

Əli Əsədovdan Laçın şəhəri ilə bağlı QƏRAR

Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.   Sfera.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb....

Estetik əməliyyatlarına 11 milyon xərcləyibmiş...

Türkiyəli influenser Danla Bilic indiyədək etdirtdiyi estetik əməliyyatların məbləğini açıqlayıb.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ...