Yanğını söndürməyə gedən FHN-nin maşını çayda batdı

Hadisə
11:40 / 16.09.2019
995
Quba rayonunun Qorxmazoba kəndində yaşayış evində yanğın baş verib.
Sfera.az-ın report.az-a istinadən məlumatına görə, ev sahibi Həbib Məmmədovhadisə ilə bağlı FHN-in Quba Yanğından Mühafizə Xidmətinin "qaynar xətti"nə zəng edib.
Lakin yanğını söndürməyə gələn yanğınsöndürən avtomobil Vəlvələ çayında batıb. Yanan ev kənd sakinləri tərəfindən söndürülüb.
Nəticədə yaşayış evinin 1 otağı və içərisində olan mebel, yataq dəstləri yanıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, rayon mərkəzinə ən yaxın yol Vəlvələ çayının içindən keçir.