Bakıda 3 otaqlı ev yanıb

Hadisə
13:30 / 14.09.2019
4944
Bakıda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, şəhərin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlığdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.