“Səhliyalı” şirkətində qanvermə aksiyası - FOTOLAR

“Səhliyalı” şirkətində qanvermə aksiyası - FOTOLAR
"Səhliyalı” müəssisəsində avqustun 6-da "Qan ver, həyat qurtar” devizi altında qanvermə aksiyası həyata keçirilib.

Sfera.az xəbər verir ki, Qurban bayramı ərəfəsində baş tutan aksiyada məqsəd hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək olub. Şirkət rəhbərliyinin təşəbbüsü ilə Mərkəzi Qan Bankının həkim heyəti tərəfindən həyata keçirilən aksiyada müəssisənin onlarla əməkdaşı donor qismində fəal iştirak edib.

Qeyd edək ki, "Səhliyali” şirkətinin rəhbərliyi və kollektivi sağlam gələcək naminə belə sosial tədbirlərin həyata keçirilməsini vacib hesab edir. Hemofiliya və talassemiya xəstələrinin qana olan ehtiyaclarını ödəmək üçün gələcəkdə də bu cür aksiyaların daha geniş və mütəmadi keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, "talassemiya” dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir.

Ölkəmizdə 3500-ə yaxın talassemiyali xəstə var və onlardan 1200-ü qan transfuziyasından asılı olanlardır.


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Qətərə işgüzar səfərə YOLA DÜŞDÜ

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşüb.   Bu barədə Sfera.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat...

Qazaxda mina partlayışı OLDU, XƏSARƏT ALAN VAR

Hərbi qulluqçunun mina partlayışı nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.   Bu barədə Sfera.az-a Baş Prokurorluqdan bildirilib...

Bakının məşhur restoranında ÖLÜM: Rəqs edərkən... - TƏFƏRRÜAT

Bakının məşhur restoranında 73 yaşlı şəxs qəflətən ölüb.   Sfera.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata əsasən, hadisə "Ay İşığı"...

Xadimə evdən 60 minlik qızıl-zinət əşyaları OĞURLADI 

Nizami rayonu ərazisində mənzillərin birindən 60 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyind...

Özbəkistanın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov Azərbaycana səfər edəcək.   Sfera.az xəbər verir ki, nazir mayın 1-3-də Bakıda keçiriləcək VI Ümumd...

“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirildi - FOTOLAR

26–28 aprel tarixlərində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində hakaton formatında tələbə müsabiqəsi təşkil edilib.   &nb...