“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirildi - FOTOLAR

“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirildi - FOTOLAR

26–28 aprel tarixlərində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində hakaton formatında tələbə müsabiqəsi təşkil edilib.  

 

Sfera.az xəbər verir ki, layihə “Bir könüllü” Tələbə Təşkilatı və Gənclər Fondunun təşkilatçılığı, “bp Azərbaycan”, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Təhsilin İnkişafı Fondu, SABAH.HUB-ın tərəfdaşlığı, “Tetroid” şirkətinin media dəstəyi ilə həyata keçirilib.  

 

Müsabiqənin keçirilməsində məqsəd iqlim dəyişikliklərinə uyğunlaşma və onun təsirlərinin azaldılması istiqamətində tələbələrin innovativ layihə ideyalarını dəyərləndirmək olub. 
 

Müsabiqənin açılış mərasimində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov tələbələr üçün təşkil olunan belə layihələrin əhəmiyyətindən danışıblar.

 

Ardınca Təhsilin İnkişafı Fondunun rəhbəri Elnur Nəsibov, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev çıxış ediblər və gənclərə tələbəlik illərində təhsil üzrə müxtəlif faydalı imkanları dəyərləndirməyə dair tövsiyələr veriblər.

 

Tələbə müsabiqəsinin ilk günündə akademik İşıl Keskin Şahan, “Flower Turbines” şirkətinin baş icraçı direktoru Daniel Farb və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan ofisində milli proqram koordinatoru vəzifəsində çalışan Elməddin Namazovun təqdimatında interaktiv təlim proqramları həyata keçirilib. Günün ikinci yarısında su ehtiyatları üzrə idarəetmənin iqlim dəyişikliklərinə uyğunlaşdırılması, bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, yaşıl texnologiyaların tətbiqi, şəhər və yaşayış məntəqələrinin davamlılığı və ekoloji dayanıqlılığının təminatı olmaqla 4 əsas istiqamət üzrə həyata keçirilən hakatonun iştirakçıları ilkin ideyaların formalaşdırılmasına başlayıblar. Müsabiqə ərzində hər bir komanda mentor dəstəyi də alıb. Hakatonda müvafiq istiqamətlər üzrə təyin edilmiş 10 mentor tələbələrə konstruktiv rəylər verərək onlara ideyalarının təkmilləşdirilməsi istiqamətində dəstək olub. 

 

Hakatonun finalında isə tərkibi 10 nəfərdən ibarət 30 komanda 5 dəqiqə ərzində layihə təqdimatlarını həyata keçirib. Münsiflər heyətinin qərarı ilə “Genesis” komandası I, “Cookers 404” komandası II, “Hexagon Bhos” komandası III yerə layiq görülüblər. Qaliblər müvafiq olaraq 2000, 1500, 1000 manat məbləğində mükafat və “bp Azərbaycan” tərəfindən təqdim olunan hədiyyə ilə mükafatlandırılıblar. 

 

Tələbə müsabiqəsinin qalib komandası eyni zamanda layihənin tərəfdaşı olan SABAH.HUB Mərkəzində inkubasiya proqramına cəlb ediləcək. 

 

Qeyd edək ki, müsabiqədə 3 komanda region gənclərindən, 27 komanda isə paytaxt gənclərindən ibarət olub.

 

 

 


OXŞAR XƏBƏRLƏR

Agentlikdən müsahibədə uğur qazana bilməyən uşaqların valideynlərinə MÜHÜM MÜRACİƏT

Bu günə qədər 102 minə yaxın uşaq artıq birinci sinfə qəbul edilib və onların müəllimləri seçilib.   Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıq...

Fransanın müstəmləkəsində İĞTİŞAŞLAR: Ölənlər və yaralananlar var

Fransanın Sakit okeanında yerləşən xüsusi inzibati ərazisi olan Yeni Kaledoniyada seçki siyahıları ilə bağlı konstitusiya islahatının təsdiqləməsindən sonra baş...

Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır

Fərmana əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” (bunda...

Aynur Sabitova vəzifəsindən AZAD EDİLDİ - FOTO

Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova vəzifəsindən azad edilib.   Sfera.az İqtisadiyyat.az-a istinadə...

"İslam Əməkdaşlıq Təşkilatı ilə birgə mübarizə aparacağıq" - Rusiya rəsmisi

"Rusiya İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə birgə bütün dünyada islamofobiya, xristianofobiya və rusofobiya ilə mübarizəni davam etdirəcək".  ...

Şuşanın Turşsu qəsəbəsinə sakinlərin köçürüləcəyi tarix AÇIQLANDI

Media nümayəndələri bir neçə gün əvvəl Prezident İlham Əliyevin təməlini qoyduğu Şuşa rayonunun Turşsu qəsəbəsində olublar.   Sfera.az xəbər verir ki...