İstanbulda \"suriyalılara dəstək aksiyası\"nda qarşıdrurma - VİDEO

İstanbulda \
Türkiyənin İstanbul şəhərində suriyalılara dəstək məqsədi ilə aksiya keçirən bir qrup türkiyəli ilə eyni fikirdə olmayan başqa bir qrup arasında qarşıdurma yaranıb.
Yeniavaz.com "euronews"ə istinadla xəbər verir ki, ötən şənbə günü İstanbul şəhərindəki Saraçhane parkında bir qrup Türkiyə vətəndaşı, ölkədən deportasiyası gündəmdə olan suriyalılara dəstək məqsədi ilə aksiya keçiriblər. Ancaq bu zaman eyni fikirdə olmayan və suriyalıları Türkiyədə istəmədiklərini bildirən başqa bir qrupla, həmin şəxslər arasında qarşıdurma yaranıb. Hadisəyə polis müdaxilə edib və aksiya iştirakçılarını sakitləşdirib.
Suriyalılara dəstək verən qrup "Yaşasın qardaşlıq, irqçiliyə lənət olsun!" şüarları səsləndirərkən, digər qrup isə onlara "Nə mutlu türkəm deyənə!" şüarları ilə qarşılıq verib.
Həmin kadrları təqdim edirik:



Qeyd edək ki, İstanbul valiliyi ötən həftə şəhərdə qeydiyyatı olmayan suriyalıların qeydiyyatda olduqları əyalətlərə göndəriləcəklərini açıqlamışdı. Türkiyə əhalisinin əksəriyyəti isə ölkədəki iqtisadi gərginlikdə başlıca səbəb olaraq gördükləri suriyalıların ölkədən deportasiya edilməsini istəyir.

OXŞAR XƏBƏRLƏR