Ermənistanda yanacaq sisternləri yandı - VİDEO

Ermənistanda yanacaq sisternləri yandı - VİDEO

Ermənistanın Tumanyan şəhərinin dəmiryolu stansiyası yaxınlığında yanacaqla dolu sisternlər yanıb.

"RİA Novosti” xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, iki ədəd 50 tonluq yanacaq sisterni yanıb. Yanğının digər qoşqulara keçmə təhlükəsi olsa da, alovun yayılmasının qarşısını almaq mümkün olub.

Hadisə yerində hələ də yanğınsöndürmə briqadaları işləyir.



OXŞAR XƏBƏRLƏR