Prezidentin heykəlləri satışa çıxarılır - FOTOLAR

Prezidentin heykəlləri satışa çıxarılır - FOTOLAR

Ukraynada Prezident Vladimir Zelenskinin kiçik heykəlləri satılmağa başlanılıb.

Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, heykəllərin qiymətləri Ukrayna satış məntəqələrinin veb saytlarına yerləşdirilib.

Əl əməyi büstlərin hündürlüyü 23 santimetr, çəkisi 2,5 kiloqramdır. Üzəri qızıl yarpaqlar ilə örtülmüş büstlər gipsdən hazırlanıb və 3 rəng seçimi ilə təqdim edilib.

Satıcıların sözlərinə görə heykəllərin rəsmi satışına 25 iyuldan başlanılacaq. İlkin sifariş edən şəxslər isə endirimlə heykəlləri  2400 qrivinə ( təqribən 161 AZN ) ala biləcəklər.

Qeyd edək ki, V.Zelenski daha əvvəl portretinin heç bir ofisdə asılmasının lazımsız olduğunu və deputatlara ofislərində mənim deyil də uşaqlarının şəkillərini asmağı bildirmişdi.


OXŞAR XƏBƏRLƏR