Röyanın 500 min dollarlıq villası satışa çıxarıldı - VİDEO

Röyanın 500 min dollarlıq villası satışa çıxarıldı - VİDEO
Xaçmazın Nabran kəndində o villanı hər kəs "Röyanın villası” kimi tanıyır. Yan-yörədəki istirahət mərkəzində çalışanlardan tutmuş, qatıqsatanlara, təndirdə çörək yapan qadınlara qədər. Bu və ya digər məkanı təsvir etmək üçün də belə nişan verirlər: "Röyanın villasından sola dönürsən, üzü yuxarı....”

Musavat.com-un əməkdaşı yolu Nabrana düşən hər kəs kimi dəfələrlə bu villanı uzaqdan görmüşdü. Amma bu il durum fərqli idi. Çünki villanın hər tərəfindən qocaman hərflərlə yazılan "Satılır” elanı asılmışdı, üstündə də təbii ki, "zerkalnı” bir nömrə ilə. İnsanın ağlına bu nömrə yiyəsinin Röya olması gəlsə də, sonradan məlum olur ki, bu işi makler öz üzərinə götürüb. 

Həm də təkcə bu evin alqı-satqısını yox. Çünki Nabran kəndindəki əksər ev, torpaq alqı-satqısı, ev kirayəsi elanlarının altında sözügedən nömrə qeyd olunmuşdu.

Röyanın satlığa çıxarılmış villasının yanından keçən hansı jurnalist onun içinə girib, foto, video çəkiliş etmək istəməz ki? İstəmirsə, demək jurnalist deyil. Amma öncə təcili bir ssenari uydurmaq lazım. Üst-başımız, altımızdakı maşın o villaya real müştəri olmaqla bağlı inandırıcılığı sıfırlayır. 

O zaman burda işimiz nə? "Yağlı ssenari”nin ştrixləri – bir iş adamı Nabranda turizmlə məşğul olmaq istəyir. Bu evi satın alıb, oranı yay oteli kimi – ayrı-ayrı otaqlarını kirayə verməklə - fəaliyyətə keçirəcək. Biz də həmin iş adamının təmsilçiləriyik. Villaya baxıb, foto-videolarını çəkib, ona göstərəcək və yekun qərar verəcəyik. 
 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

15 May - Beynəlxalq Ailə Günüdür

15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 1993-cü ildən etibarən təsis edilən bu günün məqsədi ailə i...

Putinlə Ənvər İbrahim arasında “taxt” dialoqu - VİDEO - FOTO

Moskvaya səfər edən Malayziya Baş naziri Ənvər İbrahimlə Rusiya Prezidenti Vladimir Putin arasında maraqlı və gülməli dialoq yaşanıb.   Sfera.az &ldq...

Yaşıl Dünya hərəkatında Azərbaycanın rolu

May ayının 15-i bütün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Belə bir xüsusi günün təsis edilməsində əsas məqsəd indiki və gələcək nəsillərin rifahına ...

Koronavirus yenidən QAPIDA - Yoluxmalarla bağlı SON RƏQƏMLƏR

Xəbər verdiyimiz kimi, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub. Nazir bu səbəbdən Bakıda keçirilən “Caspian Agro...

İranla ABŞ münasibətləri bundan asılı olacaq - Tramp şərtləri açıqladı

ABŞ Prezidenti Donald Tramp İranla münasibətləri normallaşdırmaq üçün şərtlərdən birini açıqlayıb.  Tramp bildirib ki, İran Yaxın Şərqdəki silahlı qru...

Bu yol tam bağlanacaq - Sürücülərin nəzərinə!

Mayın 17-dən Bakıda bir yol tam bağlanacaq.   Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sfera.az-a verilən məlumata görə mayın 17-si saa...