Dünənki dəhşətli güllələnmənin görüntüsü yayıldı - VİDEO

Dünənki dəhşətli güllələnmənin görüntüsü yayıldı - VİDEO

Dünən səhər saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfütı məhsullarının satış bazarında baş verən cinayətin görüntüləri yayılıb.

Sfera.az Baku.ws-ə istinadən həmin videonu təqdim edir. 

Qeyd edək ki, hadisədə 7 nəfər güllələnib. Onlardan 4-ü dünyasını dəyişib, 3-ü isə yaralıdır.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla bu ağır cinayətin Ağstafa rayonunun Sadıxlı kənd sakini Elvin Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə törədilməsi, bu zaman onun "Kalaşnikov” markalı avtomat silahdan istifadə etməsi müəyyən olunub.

Ağır cinayəti törətməkdə şübhəli bilinən Elvin Süleymanovla bağlı həbs qətimkan tədbiri seçilib.



OXŞAR XƏBƏRLƏR

Orta məktəbdə bıçaqlanma - Yaralı var

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məm...

Tərtər çayında yeniyetmə boğuldu

Bərdə rayonunda yeniyetmə Tərtər çayında boğulub.   Sfera.az Report-a istinadən xəbər verir ki, Ağdam rayon sakini - 2010-cu il təvəllüdlü Əli F...

Yeni Azərbaycan Partiyasının Zaqatala Təşkilatı Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan görüş təşkil olundu - Fotolar

Yeni Azərbaycan Partiyasının Zaqatala Təşkilatı sədri Fərid bəy Ramazanovun təşəbbüsü ilə təşkilat əməkdaşlarıyla Zaqatala rayon Heydər Əliyev adına Mərkəzdə da...

Bakıda 5 otaqlı ev yandı

Bakının Xəzər rayonunda yanğın olub.   Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sah...

Ermənistan müxalifəti Paşinyanın impiçmentini istəyir - Proses başlayıb

Ermənistanın Vahid Milli Konstitusiya Partiyası ölkənin baş naziri Nikol Paşinyana etimadsızlıq votumu bildirilməsi prosesinə başlayıb.   Sfera.az &l...

Avropanın ən yaxşı 10 çimərliyi - Siyahıda Türkiyə də var

İngiltərənin tanınmış qəzetlərindən olan “The Guardian” Avropanın ən gözəl çimərlikləri ilə bağlı oxucuları arasında sorğu keçirib. Sfera.az xə...