Həbsdə olan "Şeyx Sərdar"ın oğlu da tutuldu

Həbsdə olan
Masallı rayonunda kompüter oyun salonundan oğurluq edən şəxslər saxlanılıb.

"Report"un məlumata görə, hadisə bu ilin fevral ayında törədilsə də, oğurluğun üstü indi açılıb. 

Masallı Rayon Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən iki nəfər - Masallı şəhəri, Rufulla Axundov küçəsi ev 14 ünvanında yaşayan Mehti Sərdar oğlu Babayev və Nəriman Nərimanov küçəsi ev 23 ünvanında yaşayan Mehti Qüdrət oğlu İsmayılzadə saxlanılıb.

Məlum olub ki, saxlanılan şəxslər fevralın 8-də gecə saat 03 radələrində tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Masallı şəhəri Mir İbrahim xan Talışxanov küçəsi 46 ünvanında yerləşən Masallı şəhəri M.Əzbəyov küçəsi ev 10 ünvanında qeydiyyatda olmaqla yaşayan Cəbrayıl Rizvan oğlu İsmayılova məxsus komputer salonuna qanunsuz daxil olublar. Oradan hər biri 1000 manat dəyərində 2 ədəd kompüter proyektorunu, bir ədədi 800 manat, digəri 700 manat dəyərində 2 ədəd plazma televizorunu, 6 ədəd hər biri 350 manat dəyərində "Playstation 3” oyun aparatını, 1 ədəd 800 manat dəyərində "Playstation 4” oyun aparatını və hər biri 25 manat dəyərində 30 ədəd oyun pultunu gizli yolla talayaraq oğurlamaqla C.İsmayılova, ümumilikdə, 7150 manat ziyan vurublar.

Qeyd edək ki, saxlanılan Mehti Sərdar oğlu Babayev hazırda həbsdə olan və Masallı rayonunda "Şeyx Sərdar" kimi tanınan Şeyx Sərdar Hacıhəsənlinin oğludur.

Saxlanılan şəxslər Masallı Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4 cü maddələri ilə təqsirləndirilərək barələrində üç ay müddətə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...