“Barselona” son saniyələrdə məğlubiyyətdən xilas oldu - 8 qolluq oyun + Video

“Barselona” son saniyələrdə məğlubiyyətdən xilas oldu - 8 qolluq oyun + Video
İspaniya La Liqasında 30-cu tura start verilib.

Lider "Barselona” səfərdə "Vilyareal”la qarşılaşıb.

Dramatik oyunda öncə "Barselona” hesabda 2:0 önə keçib. Lakin fantastik geridönüş edən meydan sahibləri 4 qol vuraraq hesabı lehinə dəyiş bilib.

Amma bu da oyunda son olmayıb. Hər kəsin "Barselona”nın məğlub olacağını düşündüyü son 3 dəqiqədə katalonlar 2 qol vuraraq matçdan 1 xalla ayrılmağı bacarıb.

"Vilyareal” - "Barselona” - 4:4

Qollar: Çukvueze, 23, Ekambi, 50, İborra, 62, Bakka, 80 - Koutinyo, 12, Malkom, 16, Messi, 90, Suares, 90+3

Qırmızı vərəqə: Alvaro, 86 ("Vilyareal")





OXŞAR XƏBƏRLƏR